Mehriban Əliyevanın yeni köməkçisindən ilk - Açıqlama

Mehriban Əliyevanın yeni köməkçisindən ilk - Açıqlama
SOSİAL
11:44 03.06.2017
7587
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev modern.az-a müsahibə verib.

AZXEBER.COM xəbər verir ki, Y.Məmmədəliyev müsahibədə bir sıra maraqlı məqamlara toxunub.

- Yusuf müəllim, ölkə  başçısının sizinlə bağlı təyinatını necə qiymətləndirirsiniz? Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- İlk növbədə qeyd edim ki, cənab Prezidentin Sərəncamı ilə həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Güclü prezidentlik institutu, heç şübhəsiz, sabit və dayanıqlı idarəçiliyin vacib şərtidir. Bildiyiniz kimi, Prezidentin köməkçi vəzifəsinə təyinat alan şəxslər uzun illərin idarəçilik təcrübəsinə malikdirlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması da cənab Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək məqsədi daşıyır. Mən də öz növbəmdə cənab Prezidentə bir daha təşəkkür edir, üzərimə düşən məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa çalışacağam.

 - Sizin vəzifəniz yeni təsis olunub. Müvafiq sahə və istiqamətlə bağlı fikirlərinizi bilmək maraqlı olar. Hər hansı yeni layihələr nəzərdə tutulurmu? 

- Gənclər və idman məsələləri Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət tərəfindən gənclərə diqqət və qayğı hər il artır.

Gənc nəslin  ölkənin innovativ potensialı olduğunu  nəzərə alaraq, bu istiqamətdə onların fəaliyyətini təşviq etmək, gənclərlə intensiv fikir mübadiləsi həyata keçirmək, ən əsası isə rəqabətə davamlı kadrların  formalaşdırılması, zənnimcə, hazırda qarşıda duran prioritet istiqamətlərdəndir. Dünyanın inkişaf etmiş ölkələrində yeni, enerjili və produktiv gənc nəslin həm zehni, həm fiziki imkanları ölkənin iqtisadi, mədəni və sosial inkişafın  əldə edilməsinə təsir göstərir. Hazırda, Azərbaycanda bütün sahələrdə professional mühit cavanlaşır.

Qeyd edim ki, bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər gənclərin vətənpərvərlik ruhunun yüksək olması, onların yaxşı təhsilə yiyələnməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idman sahəsində uğurlarının daha da artırılması, məşğulluq, sağlamlıq, sosial və s.  problemlərinin həllinə dəstək olmaqdır. 

Azərbaycanda həyata keçirilən idman siyasəti nəticəsində ölkə artıq mötəbər beynəlxalq yarışların keçirildiyi məkana çevrilib. Gənclərin özlərinin və gələcək övladlarının gələcəyini məhz Vətəndə görməsi üçün daima onlara dəstək olacağıq.

Dünyanın  müasir çağırışlarına adekvat olaraq belə bir  strukturun yaradılması, ölkə başçısının və I Vitse-prezidentin dəstəyi ilə fəaliyyətimizin nəticəsində uğur qazanan Azərbaycan gəncliyi olacaq. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
12:13 23.06.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
12:12 23.06.2026
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
11:48 23.06.2026
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
11:45 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
11:32 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
11:30 23.06.2026
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
11:26 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
11:23 23.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
11:10 23.06.2026
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
SABAH qruplarına müəllim qəbulu elan edildi
11:06 23.06.2026
SABAH qruplarına müəllim qəbulu elan edildi
Bakı zooparkı ləğv olunur
11:03 23.06.2026
Bakı zooparkı ləğv olunur
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
11:02 23.06.2026
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
11:00 23.06.2026
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
10:39 23.06.2026
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
10:39 23.06.2026
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti
10:31 23.06.2026
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti