Məhsa Əmininin atasına sui-qəsd təşkil edildi

Məhsa Əmininin atasına sui-qəsd təşkil edildi
DÜNYA
11:04 18.09.2023
208
İranda hicab tələbinə tabe olmadığı üçün saxlanılan və 22 yaşında polis nəzarətində dünyasını dəyişən Məhsa Əmininin atası Emced Eminiyə qarşı sui-qəsdin təşkil olunub və bunun qarşısı alınıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sui-qəsd sentyabrın 14-də, Məhsa Əmininin ölümünün ildönümündə baş verib.

İranda Məhsa Eminin atası Emced Eminiyə qarşı sui-qəsdin qarşısı alındığı bildirilib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kürdüstan vilayətinin qubernatorunun müavini Mehdi Ramazani sui-qəsd cəhdi ilə bağlı açıqlama verib:

"Terror təşkilatlarına bağlı bir neçə şəxsin Ayçi qəbiristanlığına gedən yolda Məhsa Əmininin atası Emced Eminiyə sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə alınıb və şəxslər yaxalanıblar".

Ayşən
OXŞAR XƏBƏRLƏR