Məhşur cütlük boşandı - FOTOLAR

DÜNYA
14:48 15.11.2013
5803

“Muhteşem Yüzyıl” serialının qəhrəmanı boşanıb.

AZXEBER.COM “Akşam” qəzetinə istinadən xəbər verir ki, serialda Sultan Süleymanın qızı Mihrimah Sultanın obrazını canlandıran Pelin Karahan iki illik evliliyini bitirmək qərarını alıb.2011-ci ildə Barselonada nikah masasına əyləşən cütlük uzun müddət ortaq anlaşmaya gələ bilmədiklərindən problemin həllini boşanmaqda görüblər. Hətta yaxınları və doğmaları onların boşanmasına mane ola bilməyib. Daha doğrusu, Erdinç Bekiroğlu ilə evli olan aktrisanın bu qərarında israrlı olduğu deyilir.Pelin Karahanın keçmiş həyat yoldaşı özünün Twitter mikrobloqunda boşanması ilə bağlı bunları yazıb:“Qırılan sapa möhkəm düyün vursanız, sapın ən möhkəm yeri artıq həmin düyün sayılar. Amma sapa hər dəfə toxunanda, ürəyinizi ağrıdan da həmin düyün olar...”

OXŞAR XƏBƏRLƏR