Məhv edilmiş 143 düşmən hərbçisi - İLİN YEKUNLARI

Məhv edilmiş 143 düşmən hərbçisi -  İLİN YEKUNLARI
SİYASƏT
14:55 05.01.2016
1666
Düşmənin 11 pilotsuz uçan aparatı vurulub.
Ermənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub.
AZXEBER.COM  xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2015-ci ilin yanvar ayında 714, fevralda 625, martda 682, apreldə 575, mayda 728, iyunda 738, iyulda 819, avqustda 836, sentyabrda 828, oktyabrda 695, noyabrda 773, dekabrda 817 atəşkəs pozuntusu faktı qeydə alınıb.
Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara endirilən sərrast zərbələr nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb.
Erməni silahlı bölmələri atəşkəs rejimini ən çox avqust ayında pozublar - 836 dəfə.
Ötən il Qarabağ cəbhəsində Ağdam və Füzuli istiqaməti ən gərgin ərazi olub.
Ağdam istiqamətində atəşkəs 2597, Füzuli istiqamətində isə 1726 dəfə pozulub. Qalan atəşkəs pozuntuları isə digər rayonların payına düşür.
Atəşkəs pozuntularının böyük hissəsi Qarabağ cəbhəsində baş verib.
2015-ci ildə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.
Eyni zamanda, erməni silahlı bölmələri ötən il Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub.
Ötən il cəbhədə baş vermiş döyüş toqquşmaları nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbələr vurublar. Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara endirilən sərrast zərbələr nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Düşmən ümumilikdə il ərzində 143 ölü və 100-dən çox yaralı itki verib.
2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus 11 kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə məhv edilib.
2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Azərbaycan tərəfə təslim olub.
Ötən il qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimiz 19 şəhid verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib