Məkkə şahzadənin oğluna verildi

DÜNYA
16:27 23.12.2013
1203

Qeyri müsəlmanların bu şəhərə girişi qəti qadağandır.

Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Abdel Aziz Al Said öz oğlu şahzadə Mişaalı Məkkə qubernatoru təyin edib.

AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, Məkkə şəhərinin qubernatoru ölkədə ən hörmətli və perspektivli vəzifələrdən biri hesab edilir.

Nəzərinizə çatdıraq ki, Məkkə müsəlmanlar üçün müqəddəs şəhərdir və qeyri müsəlmanların bu şəhərə girişi qəti qadağandır.

Xatırladaq ki, şahzadə Mişaal bundan öncə Nadjran şəhərinin qubernatoru vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR