Dünəndən bəri davam edən yağış Səudiyyə Ərəbistanda, Məkkə şəhərinin cənubunda sel və daşqınlara səbəb olub.
Bu barədə "Anadolu" məlumat yayıb.
Məlumata görə, təbii fəlakət Məkkənin Deffak və Umm əl-Zelle bölgələrində qeydə alınıb.
Sel və daşqın nəticəsində mümkün dağıntı və tələfat barədə hər hansı bir məlumat verilməyib.
/Oxu.az










































