Meksika ABŞ-dən gələn qeyri-qanuni miqrantları qəbul etməyib

DÜNYA
11:43 25.01.2025
162
Meksika ABŞ Prezidenti Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantların deportasiyası planlarını müvəqqəti pozaraq ABŞ hərbi təyyarəsinin enişinə icazə verməkdən imtina edib.

Bu barədə Qərb KİV-i məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin deportasiya edilən miqrantları daşıyan iki "C-17” təyyarəsi Qvatemalaya yola düşüb. Meksikaya planlaşdırılan üçüncü reys isə həyata keçirilməyib.

Meksika hökumətinin imtina səbəbləri açıqlanmayıb. Hökumət ABŞ-nin birtərəfli tədbirlərinə qarşı çıxdığını bəyan edib.

Qeyd edək ki, Prezident Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb. Belə ki, ölkədə miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edilib.

D.Tramp, miqrantların vətənlərinə geri dönməsini dəstək göstərmək üçün Pentaqona tapşırıq verib və administrasiyasını "Meksikada qal” proqramını bərpa etməyə çağırıb. Bu proqram çərçivəsində meksikalı olmayan miqrantlar ABŞ ilə əlaqəli işlərinə dair qərarı gözləmək üçün Meksikada qalmağa məcbur olublar.
 
///report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər