Meksika mətbuatında Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib - VİDEO

Meksika mətbuatında Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib - VİDEO
SOSİAL
14:04 04.08.2020
436

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan "El Universal” qəzetində ispan və ingilis dillərində "Enerji və ərazi mübahisələri Qafqazda müharibənin yenidən başlanması təhdidini yaradır” başlıqlı məqalə dərc edilib.

Məqalədə ilk olaraq, Ermənistan və Azərbaycan arasındakı son hərbi toqquşmanın Qafqazda yeni müharibə ilə nəticələnə biləcəyi ilə əlaqədar dünya ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir. Silahlı qarşıdurmanın iki ölkə sərhəddində baş verdiyi qeyd olunur və bu dəfə münaqişəyə yeni bir faktorun cəlb olunduğu, toqquşmanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji enerji və nəqliyyat layihələrinin yaxınlığında qeydə alındığı, Avropanın enerji təhlükəsizliyində önəmli payı olan Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmiryolu xətti üçün təhlükə ərz etdiyi qeyd edilir.

Materialda Dağlıq Qarabağın Azərbaycana məxsus olmasının beynəlxalq ictimaiyyət, habelə Meksika tərəfindən tanındığı vurğulanır.

Sonda regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, bu xüsusda, TAP və TANAP boru kəmərləri layihələrinin önəmi haqda məlumat verilib.

Məqalədə əsas illüstrativ material kimi Ermənistan tərəfinin artilleriya hücumu nəticəsində Tovuz rayonu ərazisində dağıntıya məruz qalmış dinc yaşayış binasının fotoşəkli öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"