Meksika miqrantlara görə böhranla üzləşə bilər

Meksika miqrantlara görə böhranla üzləşə bilər
DÜNYA
02:40 06.01.2025
218



Meksikanın ABŞ-dan Donald Trampın başçılıq etdiyi növbəti Amerika administrasiyası tərəfindən deportasiya oluna biləcək bütün miqrantları qəbul etmək imkanı yoxdur və ölkə humanitar böhranla üzləşə bilər.

AZXEBER.COM "Report”a istimadən xəbər verir ki, bu barədə "El Universal” nəşrinə miqrasiya sahəsində müsahibə verən meksikalı ekspertlər bildiriblər.

Meksika Milli Muxtar Universitetinin inkişaf tədqiqatları proqramının əməkdaşı Kristina Hernandes bildirib ki, Meksikanın miqrantların yerləşdirilməsi və sosial müdafiəsini təmin etmək imkanı yoxdur:

"2018-ci ildən bəri şahidi olduğumuz miqrasiya böhranı daha da pisləşəcək. Proqnozlar həqiqətən dağıdıcıdır, çünki Meksikanın miqrantlara sağlamlıq xidmətləri və ya psixoloji dəstək göstərmək kimi təcili yardım göstərmək üçün resursları yoxdur, biz humanitar böhranla üzləşəcəyik”.

Nəşrin hesablamalarına görə, Tramp hökuməti 2025-ci ildə yarım milyona yaxın meksikalını deportasiya edə bilər. Lakin onların Meksika hökumətinin çoxsaylı sosial proqramlarında iştirak etmək üçün lazım olan sənədləri olmadığından ölkəyə qayıtmaları ciddi çətinliklərlə üzləşəcək.

Öz növbəsində, Miqrant Gücü ictimai hərəkatının baş katibi Avelino Mesa bildirib ki, Trampın miqrasiya ilə mübarizədə gözlədiyi tədbirlər ABŞ-ın özündə qorxu və xaos mühiti yarada bilər. Nəticədə, hazırda Meksikada ABŞ-a getmək ümidi olan yüz minlərlə miqrant Latın Amerikası ölkəsində qalacaq.

Deportasiyalarla bağlı ekspert qeyd edib ki, Amerika rəsmiləri tərəfindən artıq saxlanılan və deportasiyasını gözləyənlər əvvəlcə ABŞ-dan deportasiya oluna bilər. O vurğulayıb ki, Meksika hökuməti deportasiya qərarlarına məhkəmədə etiraz etməyə diqqət yetirməlidir.

"İkinci mərhələdə, hazırda azadlıqda olan, lakin artıq deportasiya qərarı çıxarılan şəxslər deportasiya oluna bilər. Hakimiyyət onları axtarmağa, saxlamağa və ekspress sxemlə deportasiya etməyə başlayacaq. Üçüncü mərhələdə, biz kütləvi antimiqrasiya reydləri gözləyə bilərik. Hazırda ABŞ-nin immiqrasiya qanunu bu növ deportasiyaya icazə vermir. Əgər miqrantlar saxlanılarsa, onların deportasiya qərarına etiraz etmək hüququ var”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
18:25 25.04.2025
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
18:14 25.04.2025
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır -  Ümid azalır
16:20 25.04.2025
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır - Ümid azalır