Meksikada avtobus aşıb, ölənlər və yaralananlar var

Meksikada avtobus aşıb, ölənlər və yaralananlar var
DÜNYA
00:23 25.12.2021
383
Meksikanın cənubundakı Oaxaca əyalətində şəhərlərarası avtobus aşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Quadratin" xəbər agentliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlər arasında bir uşaq da var.

Faciəyə səbəb avtobusun minik avtomobili ilə toqquşması olub.

Əyalət prokurorluğu qəzanın baş vermə səbəblərini aydınlaşdırır.
OXŞAR XƏBƏRLƏR