Meksikada leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 72-yə yüksəlib. Daha əvvəl bu rəqəmin 70 olduğu bildirilirdi.
Bu barədə təbii fəlakətin nəticələrinin monitorinqi üzrə hökumət portalında məlumat verilib.
Ən çox ölənlərin sayı – 32 nəfər Meksikanın şərqindəki Verakrus ştatında qeydə alınıb. İdalqo ştatında 21 nəfər ölüb. Puebla ştatında təbii fəlakət 18 nəfərin həyatına son qoyub, Keretaro ştatında isə bir nəfər ölüb. Qırx səkkiz nəfər itkin düşüb.
Səlahiyyətlilərin məlumatına görə, ən çox ölkənin cənub və mərkəzi bölgələri zərər çəkib.
Axtarış-xilasetmə əməliyyatları davam edir, yüzlərlə insan təxliyə mərkəzlərində qalır.
/report