Meksikada iki avtobus toqquşub, 10-dan çox ölən var

Meksikada iki avtobus toqquşub, 10-dan çox ölən var
DÜNYA
21:51 06.04.2021
455
Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ən az 13 nəfər həlak olub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində regionun Səhiyyə İdarəsinin rəhbəri Enrike Klausen bildirib.

Onun sözlərinə görə, hadisə Kaborka ilə Sonoyota şəhərlər arasındakı yolda baş verib.

Qəza yerinə xilasedicilər və bir neçə təcili yardım briqadası gəlib. Bir neçə yaralanan şəxs xəstəxanaya çatdırılıb.
OXŞAR XƏBƏRLƏR