Meksikada iki sərnişin təyyarəsi toqquşdu: Ölənlər var

Meksikada iki sərnişin təyyarəsi toqquşdu: Ölənlər var
DÜNYA
12:04 26.09.2023
217
Meksikada biri havaya qalxan, digəri eniş edən iki şəxsi sərnişin təyyarəsi toqquşub.

AZXEBER.COM xəbər verir ki, Meksikanın Duranqo əyalətində iki şəxsi sərnişin təyyarəsinin toqquşması nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb.

Ştat rəsmiləri bildiriblər ki, yerli vaxtla dünən səhər saatlarında biri havaya qalxan, digəri eniş edən iki şəxsi təyyarə toqquşub.

Səlahiyyətlilər qəzadan sonra təyyarənin alovlandığını və biri uşaq olmaqla 5 nəfərin öldüyünü bildirib. Qəza ilə bağlı araşdırmalar davam edir.

Gülay
OXŞAR XƏBƏRLƏR