Meksikada istilər səbəbindən "uluyan meymun" ölümləri yayılır

Meksikada istilər səbəbindən "uluyan meymun" ölümləri yayılır
DÜNYA
13:38 30.05.2024
114
Meksikada həddindən artıq istilər səbəbindən "ulayan meymun” ölümləri ölkənin bir çox ştatlarına yayılıb.

AZXEBER.COM xəbər verir ki, Meksikanın Ətraf Mühit Nazirliyi Cənubi və Mərkəzi Amerika qitəsinə mənsub olan ulayan meymunların ölümü ilə bağlı açıqlama verib.

Aparılan testlər nəticəsində məlum olub ki, meymunlar istidən ölüblər. Bununla yanaşı bildirilib ki, hazırda ölkədə hökm sürən quraqlıq, meymunların məskunlaşdığı rayonlarda su ehtiyatlarının olmaması da ölümlərdə rol oynayıb.

Vəziyyətdən xəbərdar olan səlahiyyətlilər bildirdilər ki, meymunlar üçün su verilməyə başlanmaqla yanaşı, səyyar baytarlıq müəssisəsi yaradılıb.

Qeyd edək ki, hazırda ölənlərin sayı ilə bağlı heç bir açıqlama verilməsə də, keçən həftə 157 ulayan meymunun öldüyü bildirildi.

Gülay
OXŞAR XƏBƏRLƏR