Meksikada açılışı olan asma körpü uçub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Cuernavaca şəhərində Porfirio Daz parkında açılan asma körpü insanlar keçərkən dağılıb.
Meksikanın Cuernavaca şəhərində açılan asma körpünün ilk keçid zamanı qırılması nəticəsində aralarında Cuernavaca bələdiyyə sədri Xose Luis Uriostegui və həyat yoldaşı da daxil olmaqla ümumilikdə 25 nəfər yaralanıb.
Qəza anı ətrafdakı vətəndaşlar tərəfindən anbaan lentə alınıb.
Ayşən