Meksikada qasırğa XƏBƏRDARLIĞI

Meksikada qasırğa XƏBƏRDARLIĞI
DÜNYA
13:43 21.10.2023
160
Meksikada ətəndaşlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın Aşağı Kaliforniya hökumətinin rəsmisi Viktor Manuel Kastro Norma qasırğası barədə vətəndaşlara xəbərdarlıq edib.

Qasırğanın sürətinin saatda 195 kilometrə çata biləcəyini bildirən rəsmilər heç kim evini tərk etməməlidir deyə məlumat yayıblar. 

Edilən bütün xəbərdarlıqlara baxmayaraq, ərazidə hələ də təxminən 40 min turist olduğunu bildirilib. 

Səlahiyyətlilər həmçinin gava limanlarının da sabah bağlanacağı ilə bağlı məlumat paylaşıblar.
 
Günel
OXŞAR XƏBƏRLƏR