Meksikada qatarla avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 40-dan çox yaralı var

Meksikada qatarla avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 40-dan çox yaralı var
DÜNYA
22:52 08.09.2025
359
Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər həlak olub, 41 nəfər isə xəsarət alıb.

Məlumata görə, avtobusda 50 sərnişin olub. Onlardan ən azı 10 nəfərin ağır xəsarət aldığı açıqlanıb.

Hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisənin magistral yolda yerli vaxtla səhər saat 07:00 radələrində baş verdiyi vurğulanır.
 
/APA
OXŞAR XƏBƏRLƏR