Meksikanın Quanaxuato ştatında reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində 12 nəfərin öldüyü, ən azı 3 nəfərin yaralandığı bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Quanajuato əyalətinin rəsmilər açıqlama verib.
Səlahiyyətli şəxs olan San Xose İturbide şəhərində narkomanların reabilitasiya mərkəzində yanğının baş verdiyini açıqlayıb.
Açıqlamada, yanğında binada olan 12 nəfərin həyatını itirdiyi, ən azı 3 nəfərin yaralandığı, hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.
Meksika mətbuatında yer alan xəbərlərə görə, bəzi "özəl” reabilitasiya mərkəzləri yoxlanılmır, vəsait yetərli deyil, oradakı insanlar tez-tez istismara məruz qalırlar.
Bildirilir ki, zorakılığın tez-tez baş verdiyi ölkədə reabilitasiya mərkəzləri analoji hücumların hədəfindədir.
Quanajuato ştatı yüksək qətl nisbəti ilə seçilir. Yeni nəsil Xalisko karteli ilə "Santa Rosa de Lima Karteli” cinayət təşkilatı arasında baş verən toqquşmalara görə ştatda qətllərin sayının çox olduğu təxmin edilir.
Oksana