Meksikada reabilitasiya mərkəzində yanğın: 5 nəfər öldü

DÜNYA
11:47 25.02.2025
196
Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda reabilitasiya mərkəzində yanğın baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mexiko şəhərinin Vətəndaş Təhlükəsizliyi Katibliyi Tlalpan rayonunun Ocotla Çiko məhəlləsində bir binada baş verən yanğında 5 nəfərin öldüyünü, 6 nəfərin dəm qazından zəhərləndiyini bildirib.

"İlkin məlumatlara görə, yanğın bir neçə cihazın alışması ilə başlayıb, paltar və digər mebellərə keçib”, - deyən katiblik mərkəzin meneceri və 4 əməkdaşı ilə bağlı araşdırma başlandığını bildirib.

Katiblik əlavə edib ki, Mexiko Baş Prokurorluğu insidentə görə məsuliyyət daşıyanların müəyyən edilməsi üçün araşdırmalara başlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR