Meksikada şiddətli atışma: 13 polis əməkdaşı qətlə yetirilib

Meksikada şiddətli atışma: 13 polis əməkdaşı qətlə yetirilib
DÜNYA
19:09 24.10.2023
213
Meksikanın cənubundakı Gerrero ştatında silahlı dəstənin polislərə hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 13 əməkdaşı həyatını itirib.

Bu barədə yerli mətbuat xəbər verib.

Silahlı insident nəticəsində daha iki polis əməkdaşı yaralanıb.

Hücum edən silahlı qruplaşma üzvlərinin axtarışı həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR