Meksikada tarixinin ən şiddətli seçkilərinə günlər qalıb.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, silahlı hücumlar nəticəsində bir çox namizəd həlak olub, yarışı davam etdirənlər isə ölümlə üz-üzə təbliğat aparırlar.
Yerli seçkilərdə səkkiz ştatın qubernatorları və 1580 bölgənin məmurlarının müəyyən edilməsi üçün səslər veriləcək.
Ümumi seçkilərdə ölkənin yeni prezidenti və parlament üzvləri müəyyənləşəcək.
BBC-nin məlumatına görə, Integralia sorğu şirkətinin son araşdırması ölkədə siyasi zorakılığın dəhşətli həddə çatdığını üzə çıxarıb.
Təxminən 200 dövlət məmuru, siyasətçi və ya namizəd ya öldürülüb, ya da silahlı hücumla hədələnib.
Çərşənbə axşamı günü Akapulkoda azı 12 nəfər həlak olub, onlardan 6-sı ərzaq mağazasının yaxınlığında atılmış vəziyyətdə tapılıb.
Zorakılıq bütün siyasi spektrə təsir edib.
Siyasi qətllərə məruz qalanlar arasında ən yüksək səviyyəli şəxslərdən biri Akapulkoda Morena partiyasının merliyə namizədi Rikardo Taja olub. Taja Milad öncəsi restoranda yemək yeyərkən güllələnərək öldürülüb.
Meksikada narkotik quldur dəstələri tərəfindən körüklənən siyasi zorakılıq yeni bir hadisə deyil. Bununla belə, problem hətta zorakılığa bələd olan siyasətçiləri belə təəccübləndirəcək səviyyəyə çatıb.
Keçmiş Akapulko meri Evodio Velazquez deyir ki, o, siyasi həyatı boyu təhdidlərə müqavimət göstərib. Ancaq izah edir ki, bu seçkidə namizəd olmaq istəyəndə evinə silahlı adamlar gəlib və daha sonra yarışdan geri çəkilməli olub.
Evodio Velaskes silahlı şəxslər tərəfindən hədələndikdən sonra namizədliyini geri götürüb.
Velaskes deyir ki, bu, ölkədə ən qanlı seçki prosesidir.
Sorğulara görə, meksikalıların 60 faizi şəhərləri təhlükəli hesab edir. Bir çox insan qorxusuz çölə çıxa bilməyəcəyini deyir.
Namizəd Sintia Xuaresin uşaqlıq dostu Moises "Moy" Juarez Abarca seçki kampaniyası zamanı öldürülüb. Ümummilli homoseksual fəal Abarcanın cəsədi 16 nəfərlə birlikdə kütləvi məzarlıqda tapılıb.
"Mən dostum Moy ilə birlikdə 20 ildən artıqdır ki, siyasi fəallıq göstəririk. Gerrero və Akapulkoda indiyə qədər gördüyüm ən qanlı seçki dövründən keçirik", - Cinthia deyir.