Meksikada təyyarə qəzaya uğradı, ölən və yaralananlar var

Meksikada təyyarə qəzaya uğradı, ölən və yaralananlar var
DÜNYA
11:01 02.11.2023
163
Meksikanın Morelos ştatında təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub.

Bildirilib ki, təcili tibbi yardım təyyarəsi əyalətin Temiksko şəhərinin Tetlama şəhəri yaxınlığında meşəlik əraziyə düşüb.

4 ekipaj üzvünün hamısının həyatını itirdiyi qəzaya ordu, Milli Qvardiya və dövlət təhlükəsizlik bölmələrinin rəsmilərinin müdaxilə etdiyi açıqlanıb.

Qəzanın səbəbi hələ məlum olmasa da, Morelos Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR