Artıq bu ildən Bakının orta ümümtəhsil məktəblərində təhsil alan təxminən 320 minə qədər şagird vahid məktəbli geyimində məktəblərə qədəm qoyub. Lakin yeni qərar bəzi problemlər də yaratdı və heç də bütün şagirdlərə yeni geyimdə məktəbə getmək nəsib olmadı. Buna səbəb isə məktəbli geyimlərinin satıldığı ”Bakı Tikiş Evi” ASC-nin və dükanlarının qarşısında böyük növbələrin yaranması və bunun nəticəsində bəzi şagirdlərin əli boş evə qayıtması olub. Hazırda “Bakı Tikiş Evinin” 12 dükanında formalar satılır. Məktəblilər üçün satılan vahid formaların qiyməti ölçülərə uyğun olaraq 40-53 manat arasında dəyişir. 1-6-cı siniflər üçün geyimlər ölçülərindən asılı olaraq 40-45 manat, 7-ci -11-ci siniflər üçün isə geyim dəsti 53 manatdır. Nəzərə alsaq ki, 1-ci 7-ci sinif şagirdlərinin sayı təxminən 175 mindir, o zaman bu geyimlərin satılmasından alınan gəlir təxminən 7 milyon 525 min olacaq. 7-11-ci sinif şagirdlərinin sayı isə 145 min olduğundan, bu geyimlərin satılmasından 7 milyon 685 min manat pul əldə olunur. Ümumi gəlir isə təxminən 15 milyon 210 min manat olacaq. İqtisadçıların hesablamalarına görə, geyim sahəsində təxminən sahibkarlar 60 faiz xərc sərf edir, 40 faiz isə xalis gəlir qalır. O zaman məktəbli formalarından alınan xalis gəlir təxminən 6 milyon manat olur. İqtisadçılıran fikrincə, bu qədər gəlirlər əldə olunubsa, o zaman vəziyyəti daha da asanlaşdırmaq üçün əlavə dükanlar açmaq mümkündür. «Burada dövriyyənin kifayət qədər böyük olmasına və həmin işə məsul olan şirkətlərin böyük gəlir əldə etməsinə baxmayraq, məktəbli geyimləri satan mağazalar azdır. Bu məhdudluq ona gətrib çıxarır ki, validenlər əziyyət çəkir. Nəzərə alsaq ki, geyim məhsullarının istehsalında 6 milyon gəlir var. Bu da geyim məhsuları satılan mağazaları artırmağa imkan verir»,- deyə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Araşdırmalar göstərir ki, postsovet ölkələri arasında ən bahalı məktəbli geyimlərinə görə rusiyalı valideynlər daha çox xərcə düşür - təxminən 110 manat xərcləyirlər. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 40-53 manat ödənilməlidir. Ukraynada bu geyimləri 41 manata, Belarusda 39 manata almaq olar. Yaxın qonşumuz olan Gürcüstanda isə məktəbli geyimləri daha ucuz - 16 manata başa gəlir.
//Ans TV