“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”

“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
SOSİAL
12:54 13.10.2026
114
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla uğurla davam etdirilir. Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd etmiş, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkmişdir. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi tanınıb. Bu ənənələr müasir dövrdə də qorunur, tolerantlıq və multikulturalizm cəmiyyətimizin səciyyəvi xüsusiyyətləri kimi çıxış edir.
 
Dövlət tərəfindən məscidlərin bərpasına, yeni ibadət ocaqlarının inşasına, tarixi-dini abidələrin qorunmasına göstərilən diqqət milli-mənəvi irsimizə münasibətin real ifadəsidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası xalqımızın tarixi yaddaşının yaşadılması baxımından xüsusi məna daşıyır. Azərbaycanın dünyəvi dövlət modeli də məhz bu dəyərlərə hörmət, hüquq bərabərliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır. Dünyəvilik dini inancların inkarı deyil, dövlət idarəçiliyinin və ictimai münasibətlərin hüquqi normalar əsasında tənzimlənməsidir. Hər bir vətəndaşın dini etiqad azadlığının qorunması ilə təhsil müəssisələrində müəyyən edilmiş ümumi qaydalara riayət olunması bir-birinə zidd anlayışlar deyil. Əsas məsələ hüquq və azadlıqların qanunvericiliyə uyğun təmin edilməsi, ictimai maraqlarla fərdi hüquqlar arasında tarazlığın qorunmasıdır. 
       
2026-cı ildə bu sahədə qəbul edilmiş normativ qərarlar vahid yanaşmanın hüquqi əsaslarını müəyyənləşdirib. Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla təhsilalanların geyim formalarına dair tələblərə dəyişiklik edilib, oktyabrın 6-da qəbul olunmuş qərarla isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Bu normaların mahiyyəti məktəblərdə təşkilati qaydaların qorunması, təhsil mühitində vahid yanaşmanın təmin edilməsi və dünyəvi təhsil prinsipinə riayət olunması ilə bağlıdır. Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin və vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir. Şagirdlər burada başqalarının hüquqlarına hörmət etməyi, birgə fəaliyyət göstərməyi, məsuliyyət daşımağı və cəmiyyətin qaydalarına riayət etməyi öyrənirlər. Vahid məktəbli forması şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir. Vahid məktəbli geyimi şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır. Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin  qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.
 
O cümlədən, müəllimlər üçün işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi isə məktəbdə peşəkar mühitin, pedaqoji nüfuzun və qarşılıqlı hörmətin qorunmasına yönəlib. Müəllimin görünüşü şagirdlərdə məktəb mühitinə, davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına münasibətin formalaşmasına təsir edən amillərdən biridir. Ümumiyyətlə, Geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə töhfə verir. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir. Buna görə də məktəbdaxili intizamın qorunması və bütün şagirdlər üçün bərabər şəraitin yaradılması təhsil prosesinin vacib şərtlərindəndir. Bildiyiniz kimi, ölkəmizdə yeniyetmələrin, gənclərin daha mükəmməl şəkildə təhsilə yiyələnmələri üçün dövlət tərəfindən hər cür şərait və imkanlar yaradılır. Xüsusilə qızlar üçün daha əlverişli bir şərait yaradılır ki, onlar təhsillərini davam etdirsinlər, cəmiyyətə daha geniş şəkildə inteqrasiya olunsunlar, həyatda özlərini  bir şəxsiyyət kimi təsdiqləyə bilsinlər, ölkənin ictimai, siyasi, sosial həyatında fəal iştirakçıya çevrilsinlər. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir.
         
Bu baxımdan, dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir. Xarici maliyyə resursları və layihələr vasitəsilə ölkədə süni gərginlik yaratmağa, ictimai sabitliyi və asayişi pozmağa yönəlmiş təşəbbüslər xalqın həmrəyliyi, dövlətin qətiyyəti və cəmiyyətin ayıq-sayıqlığı qarşısında uğursuzluğa məhkumdur. Azərbaycan təhsili milli və dünyəvi dəyərlər əsasında formalaşıb. Məktəb və universitetlər siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməlidir.
 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir