Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, şagirdlər dərhal təxliyyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub.
***
Bakı Şəhər Təhsil İdarəsi yanğınla bağlı məlumat yayb. Bildirilir ki, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.