Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
SOSİAL
17:51 14.08.2020
853

Bu ildən etibarən məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu bütün respublika üzrə əhatə olunacaq.

AZXEBER.COM-un xəbərinə görə, hər il təxminən avqust ayının ikinci on günlüyündə məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilirdi.

Koronavirus pandemiyası səbəbindən bu il üçün sənəd qəbulunun dəqiq vaxtı hələ açıqlanmayıb.

Xatırladaq ki, ötən tədris ilində məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək davam edib. 2018-ci ildə isə ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçirilib. Bu il üçün sənəd qəbulunun növbəti iki həftə ərzində elan edilməsi planlaşdırılır. Baxmayaraq ki, tədrisin hansı formada və nə vaxtdan aparılacağı ilə bağlı hələ yekun qərar yoxdur.

Yeri gəlmişkən, Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.

Elmi araşdırmalarda təhsil müəssisələrinin açılması ilə bağlı bir sıra qabaqcıl dünya ölkələrinin təcrübəsində istifadə olunan mərhələli yanaşma şərtlərinə yer verilib.

Qeyd olunub ki, yumşaq karantin mərhələsində məktəbəqədər və ibtidai təhsilin açılması barədə qərar verilir, digər müəssisələr isə bağlı qalır. Tədris proqramlarının böyük hissəsi məsafədən təmin edilir. Bu mərhələdə məktəb günlərinin sayı azaldılır, diqqət həssas qruplar və fənlərə yönəldilir. Ciddi təhlükəsizlik protokolları tətbiq edilir, məktəb heyəti, müəllimlər və infrastrukturla bağlı qaydalar müəyyən edilir.

2019-cu ilin əvvəlinə Bakı şəhəri və rayonları üzrə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin statistikasına əsasən, 106 özəl məktəbəqədər təhsil müəssisəsində 4 124 uşaq təhsil alıb. Azyaşlı uşaqların yoluxma riskinin digər yaş qruplarına nisbətən aşağı olması bu məntiqi əsaslandıran mühüm məqamdır. Nəzərə alsaq ki, karantin rejiminin yumşaldılması ilə valideynlərin daha böyük hissəsi normal iş həyatına qayıdacaqlar, bu mənada baxıma ehtiyac olan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi valideynlər üçün ciddi dəstək olacaq.

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ayrı-ayrı təhsil pilləri üzrə təklif edilən modellər mövcud yerli vəziyyəti təhlil etməklə və təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması ilə bağlı beynəlxalq təcrübəni qiymətləndirməklə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir:

Məktəbəqədər təhsilə gəlincə, uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız "sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.

Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur.

İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10 000-ə qədər uşaq cəlb edilib. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib