"Məktəblər, universitetlər və ictimai nəqliyyat qapadılmalıdır" - Partiya sədri

"Məktəblər, universitetlər və ictimai nəqliyyat qapadılmalıdır" - Partiya sədri
SOSİAL
15:23 03.02.2022
1951
"Məktəblər, universitetlər və ictimai nəqliyyat operativ şəkildə qapadılmalıdır. Belə davam edə bilməz. Hesab edirəm ki, operativ qərargah bir qədər də gec tərpənsə ölkə xəstəxanalarında boş yer tapmaq olmayacaq".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
 
O bildirib ki, yoluxma sayı kəskin şəkildə artır və bunun qarşısını almaq lazımdır: Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb ki, bu da ölkəmizdə gündəlik yoluxma sayında rekord və çox böyük göstəricidir.
"Omikron" ştamının ölkəmizə ayaq açandan sonra sürətlə yayılması və hər ötən gün yoluxanların sayının durmadan artması ölkə əhalisi arasında narahatlıq və həyacanla qarşılanmaqdadır. Sosial şəbəkələrə nəzər saldıqda sadə vətəndaşlarımız kimi ölkə ictimaiyyətinin kifayət qədər yaxşı tanıdığı ictimai-siyasi xadimlərin, tanınmış media mənsublarının, ictimai fəalların, blogerlərin bu gün sürətlə yayılmaqda olan virusdan əziyyət çəkdiyini açıq görməmək mümkün deyil. Hələ tanıdığım onlarla tanınmış şəxs var ki, onlar da xəstəlikdən əziyyət çəkir, amma ictimailəşdirmirlər. İctimailəşdirmirlər ki, panikaya səbəb olmasınlar. Amma xəstəlik olduqca sürətlə və ciddi formada yayılmaqdadır.
 
 
 
O bildirib ki, distant təhsilə keçməyin zamanıdır: "Mövcud olan şəraiti doğru dəyərləndirib, ölkədə distant təhsilə keçidi dərhal təmin etmək labüddür. Heç kim bu tip qərarın verilməsindən rahatsız olmamalıdır. Hər bir dövlət kimi bizlərə də sağlam vətəndaş lazımdır. Təcili olaraq əyani tədris dayandırılmalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargah operativ şəkildə reaksiya verməlidir. Əvvəllər gənc nəsil arasında yoluxmanın sayı az idisə, indi bu göstərici xeyli artıb. Artıq yoluxma faktı universitet, eləcə də orta məktəb kontingentinə təsir edəcək səviyyəni keçmək üzrədir. Ona görə də məktəb və universitetlərin operativ şəkildə qapanmaya keçməsini zəruri hesab edirəm. Eyni zamanda ictimai nəqilyatla da bağlı lazımı qərarları vermək mütləqdir.
İnanmaq istərdim ki, bu sahə ilə bağlı lazımi qərarlar veriləcək. Əks halda qarşısı alınmaz böyük fəlakətlə üzləşmiş olacağıq". 
OXŞAR XƏBƏRLƏR