Məktəblərdə bu günlər dərs yoxdur - Nazirlik açıqlama yaydı

Məktəblərdə bu günlər dərs yoxdur - Nazirlik açıqlama yaydı
SOSİAL
17:55 01.11.2023
3082

Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır. 

Bu barədə AZXEBER.COM-a Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

OXŞAR XƏBƏRLƏR