"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi

"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
MAQAZİN
13:24 21.05.2025
399
Aktyor Cavidan Novruz çəkilişdə üzləşdiyi problemlə bağlı paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, aktyor çəkiliş etmək üçün müraciət etdikləri məktəblərdən gileylənib.
 
Onun sözlərinə görə maarrifləndirici çarx çəkmək istəsələr də, məktəb və aidiyyatı qurumlar sinif otağının istifadəsi üçün şərait yaratmır:
 
"Filmdə məktəb səhnəsi olduğu üçün bir məktəbdə çəkiliş etmək istəyirik. Məktəb işçiləri, direktorlar hamısı bizə narazılığını bildirdilər. O qədər şərtlər irəli sürdülər ki...Əlli yerə ərizə yazıb icazə almağı tələb edirlər. Hələ onlardan günlərlə cavab da gözləməliyik. Axı bu zaman alır... Elə davranırlar ki, sanki biz girib məktəbdə nəsə hadisə törədəcəyik. İmkan yaratmırlar ki, tez bir səhnəni çəkək, çıxaq. Amma danışanda hamişə yalandan deyirlər ki, biz sənətə və sənətkara dəstəyik".
 
Qeyd edək ki, təhsil ocaqlarında çəkilişlərin aparılması üçün Bakı Şəhər Təhsil İdarəsindən icazə alınmalıdır.

 
Aysel

 

 


 

 


 
 

OXŞAR XƏBƏRLƏR