Məktəblərdə dərslər dayandırılır? - RƏSMİ CAVAB

Məktəblərdə dərslər dayandırılır? - RƏSMİ CAVAB
SOSİAL
13:41 02.03.2021
1265
Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM-un xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.

O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: "Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
OXŞAR XƏBƏRLƏR