Məktəblərdə koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ

Məktəblərdə koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ
SOSİAL
17:30 08.06.2021
343
Mayın 17-dən 5 iyun tarixinədək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində bir şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub, hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 17-dən bu günə kimi Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin COVID-19 analizinin nəticəsi müsbət çıxıb.

Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb. 
OXŞAR XƏBƏRLƏR