Məktəblərdə mühüm dəyişiklik - RƏSMİ

Məktəblərdə mühüm dəyişiklik - RƏSMİ
SOSİAL
12:05 04.07.2024
904
2026-cı ilin sonuna qədər məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcək.

AZXEBER.COM Day.Az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.

"Adambaşına maliyyələşmə məktəblərə vəsaitin şagirdlərə uyğun verilməsidir. Bu o deməkdir ki, məktəblərdə hesabatlılığ artır. Şagird məktəbi dəyişsə ona düşən vəsaiti də getdiyi yenə məktəbə aparır",- o deyib.

O qeyd edib ki, məktəblərdə idarəetmə mexanizmləri də müəyyən qədər dəyişəcək: "Bu hazırda pilot layihədir. Bir qrup məktəblərdə həyata keçiriləcək. Bu il bir neçə məktəbdə layihəyə start veriləcək, lakin 2026-cı ilə qədər 100 məktəbə şamil olunacaq. Artıq məktəb maraqlı olacaq ki, şagird cəlb etsin. Bu layihənin müəllimlərin maaşında təsiri ilə bağlı danışmaq isə hələ tezdir".
OXŞAR XƏBƏRLƏR