Məktəblərdə tətil günləri açıqlandı

SOSİAL
13:10 14.03.2016
4841
Novruz bayramı ərəfəsində ümumtəhsil müəssisələrində şagirdlər üçün nəzərdə tutulan tətil günlərinin vaxtı açıqlanıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
"Bayramın ilk günü bazar gününə təsadüf etdiyindən bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq. Belə ki, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində mart ayının 19-u, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür", - deyə nazirlikdən bildirdilər.
Verilən məlumat görə, mart ayının 20-nin bazar gününə düşməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar bayramdan sonra altıgünlük iş həftəsi ilə işləyən məktəblərində martın 26-ı, beşgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrdə isə martın 28-i dərs günü olacaq.
Nazirlər Kabineti 2016-cı ildə Novruz bayramında qeyri-iş günləri haqqında qərar verib. Qərara əsasən, bu il 20, 21, 22, 23, 24 mart Novruz bayramı kimi qeyd ediləcək. 20 mart bazar gününə təsadüf etdiyi üçün həftənin bir günü qeyri-iş gününə təsadüf edir.
26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında 8 gün istirahət etmək mümkün olacaq. Bu isə mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-dir.
///anspress

OXŞAR XƏBƏRLƏR