Məktəblərdə yaradılan İntizam Şurası nəyi dəyişəcək? - AÇIQLAMA

Məktəblərdə yaradılan İntizam Şurası nəyi dəyişəcək? - AÇIQLAMA
SOSİAL
16:58 25.10.2022
314
Xəbər verdiyimiz kimi, məktəblərdə İntizam Şurası yaradılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirib ki, şuranın yaradılması və tərkibində valideynlərin təmsil olunması məcburi olacaq.

Bəs İntizam Şurasının yaradılması məktəblərdə hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi sualları cavablandırıb.

O, qeyd edib ki, bu, məktəblərdə nizam-intizamı tənzimləmək üçündür:

"Yeni qəbul olunmuş qərar əsasında şagirdlərin konkret olaraq nizam-intizam qaydalarına riayət etmələri ilə bağlı müvafiq tapşırıqlar verilir və müvafiq qərarlar alınır. Əgər kimsə riayət etməzsə, onlar haqqında tədbirlər görüləcək. Bu tədbirlərin həyata keçirilməsi ilə bir növ məktəblərarası nizam-intizam qaydaları, şagirdlərarası münasibətlər, şagir-müəllim və ya rəhbərlikarası münasibətlərin düzgün qurulmasına, hər şeyin etik kodekslər daxilində olmasına hesablanır".

Ekspert bildirib ki, bu cür qayda-qanunun tətbiqi doğrudur:

"Əlbəttə, məsələyə yalnız bu aspektdən baxanda müəyyən məhdudiyyətlərin, qadağaların tətbiqi doğrudur. Çünki təhsil müəssisəsində qaydalar pozulduqda tədbir görülməlidir. Amma məsələnin həlli üçün ilkin olaraq ciddi nəzarət mexanizminin tətbiqi vacibdir. O baxımdan ki, bu gün biz hər hansı bir şagirdə xəbərdarlıq ediriksə və ya ondan sonrakı mərhələdə o şagirdlər haqqında uzaqlaşdırma qərarı alınırsa, burada artıq həmin o nəzarət mexanizmi daha ciddi şəkil almalı və başqa adekvat qərarlar qəbul etməməlidir. Bu halların yaranma səbəbində valideynlər, xüsusi olaraq da təhsilalanın qohum-əqrəbası, tanışı bir növ fürsət axtaracaq ki, hər hansı bir üsulla uzaqlaşdırma məsələsinin üzərindən xətt çəksinlər. Yəni, artıq burada dediyim mexanizm işləməlidir. Yalnız o zaman biz bu tətbiqlərin həqiqi olduğuna şübhə etməyəcəyik. Formal xarakter daşıdığını qeyd etməyəcəyik".

Ekspert həmçinin qeyd edib ki, təlim-tərbiyə ilkin olaraq ailədən başlayır:

"Bu gün 4 min 440-dan çox təhsil müəssisəsi fəaliyyət göstərir və burada 1 milyon 30 mindən çox təhsilalan var. Nəzərə alsaq ki, bu şagirdlərin hər birinin müxtəlif psixologiyası var, onların ilkin təlim-tərbiyə prosesi məhz ailələrdən başlanır. Bununla paraleldə onlar məktəblərdə təhsil, təlim-tərbiyə alırlar. Günün çoxunu orada keçirirlər, bu məsələlərlə məşğul olan müəllimlər az da olsa, məsuliyyət daşıyırlar. Çünki istənilən halda hər hansı bir situasiya baş verirsə, bu da neqativdirsə, bu haqda vaxtında və düzgün məlumat verilməli və tədbir görülməlidir".

"Qaldı ki, məktəbdə saxlanılma müddətinə, bu, verilən qərardan asılıdır. 10 dəqiqə də ola bilər, 20 dəqiqə də ola bilər və ya bir saat. Bu saxlanılma şagirdin bir növ prosesə daha çox meyl etməməsi və törətdiyi hər hansı bir mənfi halı təkrar etməməsi üçün inzibati tənbeh üsuludur, - deyə ekspert əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”