Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?

Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
SOSİAL
13:09 27.08.2026
206
Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda valideynlərin qarşısında duran əsas məsələlərdən biri də məktəbli geyimlərinin alınmasıdır. 

Satış məntəqələrində müxtəlif qiymətlərə məktəbli geyimləri təklif olunur, hətta bəzi yerlərdə 3 manata belə məhsullara rast gəlinir. 

Bəs bu cür ucuz geyimləri alarkən nələrə diqqət edilməlidir? Keyfiyyətsiz parçadan hazırlanan məktəbli formalarının uşaqların sağlamlığına hansı təsirləri ola bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, məktəbli geyimləri Nazirlər Kabinetinin təsdiq etdiyi forma üzrə müəyyənləşir:

"Məktəbli geyimləri məsələsi  illər öncə Nazirlər Kabinetinin təsdiq etdiyi forma üzrə müəyyənləşir. Çox təəssüf olsun ki, ayrı-ayrı məktəblərə, yəni məktəb rəhbərliyinə məktəbli geyiminin alınması barədə ayrıca səlahiyyət verilib.
Ona görə hesab edirəm ki, məktəb direktorları, məktəb rəhbərliyi ayrıca biznes qurumları ilə əlaqəyə girməsinə gətirib çıxara bilər. 6 il öncə mən Təhsil Nazirliyinin səlahiyyətli insanları ilə, eləcə də biznes qurumları rəhbərləri ilə görüşmüşəm. Bu fikirləri demişəm və məktəbli geyimləri məsələsində böyük xaos mövcuddur. İllər öncə bu məsələ başlayanda sanki Təhsil Nazirliyi bir biznes qurumun şirkəti kimi görünürdü: hamı eyni məktəbli geyimində olsun, hamı filan məktəbli geyimlərini almalıdır. Lakin sonra nisbətən bazar liberallaşdı”.

O qeyd edib ki, çoxsaylı ölkələrdən Azərbaycana məktəbli geyimləri gətirilir:

"İndi çoxsaylı ölkələrdən Azərbaycana məktəbli geyimləri gətirilir. Ən ucuz, keyfiyyətsiz parçalardan hazırlanan paltarlar belə satışa çıxarılır. Yerli məktəbli geyimləri tikən biznes qurumlarından biri görüşlərdə çox əhəmiyyətli bir təklif verdi. O, dedi ki, Azərbaycanın iqlimi müxtəlifdir. Biz elə məktəbli geyimləri hazırlamalıyıq ki, zonalara uyğun olsun. Çünki elə yer var ki, orada məktəbli geyimləri tez tərləmə verə bilər. Elə yer var ki, orada standart forma soyuq mühitə uyğun olmaz. Ona görə də diferensial yanaşma lazımdır”.

E.Hüseynov bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun məktəbli geyimləri bazarda çoxluq təşkil etmir:

"Hazırda Türkiyədən, İrandan və digər yerlərdən çox sayda məktəbli geyimləri gətirilir və Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun deyillər. Yəni, nə xammalın, nə parçanın tərkibi məsələsi lazımınca təmin edilir. Yerli bu işlə məşğul olan istehsalçıların bazarın təmizlənməsi üçün heç bir iş görmədiklərini görürük. Sanki istehsalçıların seçim hüququ qalxıb, qiymətlər isə aşağı düşüb.  Lakin Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun məktəbli geyimləri bazarda çoxluq təşkil etmir”.

"Ona görə istehlakçılar məktəbli geyimləri alan zaman üzərlərindəki etiketlərə fikir versinlər. Malın etiketi, istehsalçı ölkəyə diqqət etmək lazımdır. Lazım olsa, bir lifini çəkib yandırsınlar, görsünlər pambıqdır, yoxsa süni materialdan hazırlanıb. 
Bu işə nəzarət edən dövlət orqanları, gömrük orqanları ölkəyə keyfiyyətsiz məktəbli geyimlərinin idxal olunmasının qarşısını almalıdırlar”,-deyə birliyin sədri vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan səfirliyinə mədəniyyət işləri üzrə konsul təyin olunub
14:14 27.08.2026
Pakistan səfirliyinə mədəniyyət işləri üzrə konsul təyin olunub
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
14:06 27.08.2026
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
42 yaşlı qadın müəmmalı şəkildə öldü
14:01 27.08.2026
42 yaşlı qadın müəmmalı şəkildə öldü
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
13:53 27.08.2026
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
13:46 27.08.2026
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
13:38 27.08.2026
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
13:33 27.08.2026
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
13:27 27.08.2026
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
13:23 27.08.2026
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
13:17 27.08.2026
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
13:13 27.08.2026
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
13:09 27.08.2026
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi -  "Uğurun əsas səbəblərindən biri..."
13:05 27.08.2026
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi - "Uğurun əsas səbəblərindən biri..."
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
12:55 27.08.2026
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
12:48 27.08.2026
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
12:47 27.08.2026
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab