Məktəbli qızı maşın vurdu - Dərsdən qayıdırdı

Məktəbli qızı maşın vurdu - Dərsdən qayıdırdı
SOSİAL
16:41 23.05.2017
966
Ağstafa rayonunda məkətbdən gələn 15 yaşlı qızı maşın vurub.

Hadisə məktəblinin dərsdən çıxdığı zaman baş verib. 

Belə ki, rayonun Göycəli kənd sakini, 2002-ci il təvəllüdlü Elnurə Aqil qızı Əliyeva məktəbin qarşısında yolu keçmək istəyən zaman onu avtomobil vurub. E.Əliyevanı sürücü dərhal  Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırıb. 

Diaqnostika Mərkəzindən bildirilib ki, yaralı əməliyyat edilib, vəziyyəti ağır olaraq qalır. 
Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR