Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı

Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
SOSİAL
16:38 19.10.2026
135
23–29 noyabr 2026-cı il tarixlərində Azərbaycanda beynəlxalq "Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsi keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatına start verilib.

AZXEBER.COM xəbər verir ki, "Bebras” müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Bebras”ın Azərbaycan üzrə rəsmi təmsilçisi "ÖzünÖyrən” MMC-nin təşkilatçılığı ilə keçirilir. Əsas məqsəd məktəblilərdə informatika və kompüter elmlərinə maraq yaratmaq, onların məntiqi və alqoritmik düşüncə, analitik təhlil və problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir.

Onlayn formatda təşkil olunacaq müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin I–X sinif şagirdləri iştirak edə bilərlər. Yarışma zamanı şagirdlər 40 dəqiqə ərzində öz sinif səviyyələrinə uyğun tapşırıqları yerinə yetirəcəklər. İştirak üçün proqramlaşdırma biliyi tələb olunmur. Tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqə qurma və problem həll etmə bacarıqlarını sınayacaq.

23–29 noyabr tarixlərində keçiriləcək müsabiqə həftəsi seçim mərhələsi olacaq. Bu mərhələdə yüksək nəticə göstərən şagirdlər yarımfinal və final mərhələlərində iştirak etmək hüququ qazanacaqlar.

Son qeydiyyat tarixi: 19 noyabr 2026-cı il

Qeyd edək ki, bu il şagirdlərin qeydiyyatı qaydasında dəyişiklik edilib. Belə ki, yarışmada iştirak edəcək bütün şagirdlər əvvəlcədən məktəb koordinatoru tərəfindən bebras.az saytında qeydiyyata alınmalıdır. Məktəblərə və koordinatorlara qeydiyyatı son günlərə saxlamamaq tövsiyə olunur. Qeydiyyat qaydaları ilə bebras.az/rules səhifəsində tanış olmaq mümkündür.

Müsabiqəyə ilk dəfə qoşulmaq istəyən məktəblər və yeni koordinatorlar da bebras.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
15:39 19.10.2026
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
15:34 19.10.2026
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Lavrov İrana səfər edib
15:29 19.10.2026
Lavrov İrana səfər edib