31 mart soyqırımı məktəblilərin rəsmlərində
AZXEBER.COM-un məlumatına görə, Yeni Nəfəs Gənclər Təşkilatı Zəngilan rayonu 32 saylı orta məktəbdə 31 Mart Soyqırımına həsr olunan rəsm sərgisi təşkil edib.
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri məktəblilərin unutmadığını bildirən sərginin təşkilatçısı, Yeni Nəfəs Gənclər Təşkilatının fəalı Sevinc Əliyeva məktəblilərlə davamlı olaraq vətənpərvərlik mövzusunda rəsm sərgilərinin keçirildiyini qeyd edib.O, həm də sərginin məhz məcburi köçkünlərin məktəbində keçirməyin xüsusi əhəmiyyətini də bildirib.
Zəngilan rayonu 32 saylı orta məktəbin 3-cü sinif şagirdi, Dəniz Mahmudova, 6-cı sinif şagirdləri Aynur Bağırova, Səidə İsmayılova, Cəbrayıl İsmayılov, Xəyal Quliyev və 11-ci sinif şagirdi Nənəxanım Oruclunun çəkdiyi rəsmlər maraqla qarşılanıb.