AZXEBER.COM-un verdiyi məlumata görə, hadisəyə səbəb “Facebook”da başlayan qalmaqal olub.
17 yaşlı Recep Y. özündən bir yaş kiçik Mehmet Bozdoğanın sosial şəbəkədə onu söydüyünü bildirib. Recep qarşı tərəfi sağ ayağından və sağ qolundan 3 dəfə bıçaqlayıb. Xəstəxanaya aparılan Mehmet xilas edilib. Recep Y. isə polis tərəfindən tutulub.