“Məktəblinin Psixoloq”ları iş başında – Şagirdlərlə görüşlər keçiriləcək!

“Məktəblinin Psixoloq”ları  iş başında – Şagirdlərlə görüşlər keçiriləcək!
SOSİAL
12:30 22.02.2024
2821

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi”nin qalibi Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin icra etdiyi "Məktəblinin Psixoloqu” layihəsi davam edir.


AZXEBER.COM xəbər verir ki, layihə müddətində Bakı şəhərində seçilən iki pilot təhsil müəssisəsində - 7 və 144 saylı orta məktəblərin yuxarı siniflərinin rəhbərləri və müəllim kollektivi ilə ilkin görüşlər keçirilib.


Görüşlər zamanı layihənin əsas məqasədinin builinqə məruz qalan şagirdləri ortaya çıxarmaq, şagirdlər arasındakı problemləri aradan qaldırmaq, ailəvi problemləri olan şagirdlərə psixoloji dəstək vermək olduğu bildirilib. Qeyd edilib ki, bu iki məktəbdə təhsil alan şagirdlərə təqdim ediləcək testlər vasitəsi ilə xüsusi qrupa aid edilən yeniyetmələr seçiləcək və peşəkar psixoloqlar tərəfindən həmin şagirdlər üçün seanslar təşkil ediləcək. Ehtiyac yaranarsa, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin valideynləri də prosesə cəlb ediləcək.


Layihə rəhbəri, GSİİYİB sədri Əfsələddin Ağalarov layihə çərçivəsində psixologiya ixtisasında təhsil alan və öncədən seçilən III, IV kurs tələbələri üçün xüsusi təlimlərin və mentorluq proqramının həyata keçiriləcəyini bildirib: "Bu isə gələcəkdə bu istiqamətdə çalışan gənc psixoloqların formalaşmasında önəmli rola malik olacaq və eyni zamanda layihənin davamlılığı üçün önəmli işə çevriləcək”.


Bildirilib ki, artıq hər iki məktəbdə hazırlıq işləri yekunlaşmaq üzrədir.


Qeyd edək ki, layihə yanvar – may aylarını əhatə edəcək.

 







OXŞAR XƏBƏRLƏR