Məlahət Abbasova: "Nə vaxt istəsəm, plastik əməliyyat edə bilərəm" - VİDEO

Məlahət Abbasova: "Nə vaxt istəsəm, plastik əməliyyat edə bilərəm" - VİDEO
MAQAZİN
16:56 01.05.2017
885
Xalq artisti Amaliya Pənahova ilə əməkdar incəsənət xadimi Məlahət Abbasova arasında qalmaqal yenidən alovlanıb.
 
Amaliya Pənahova Məlahət Abbasovanın ünvanına "Məlahət özünə diqqət etsin. Onun estetik əməliyyat etdirməyə ehtiyacı var. Bəlkə qorxur ya da imkanı çatmır.” deməsi cavabsız qalmayıb. 
 
AZXEBER.COM xəbər verir ki, əməkdar artist Məlahət Abbasova ünvanına söylənilənlərə "Atv maqazin onlarla” verlişində cavablandırıb.
 
"Amalya xanımdan belə bir açıqlama gözləmirdim. Sənət insanları bir-birləri haqqında belə danışması heç doğru deyil. Qorxur, imkanı çatmır kimi söhbətlər biraz ucuz söhbətlərdir. Mən istəyərəmsə edərəm. Estetik əməliyyat etdirmək elə də baha deyil”
 
Əməkdar artist teatr aktrisalarının estetik əməliyyat etməsini etiraz edib: "Teatr aktrisaların estetik əməliiyyatları çox təbii etməsi lazımdır. O xarekteri verə bilib, o obrazı canlandıra bilsin. Mən əgər kədərli ana obrazın oynayıramsa, heç bir zaman gözəl görünə bilmərəm. Türkiyədə buna icazə də verməzlər.”
 
Məlahət Abbasova xalq artistinə daim heyran olduğun da vurğulayıb. "Mən Amaliya xanıma həmişə heyran olmuşam. Bir zamanlar Azərbaycan Akademik Milli Dram Teatrı onun çiyinlərində idi. Amaliya xanımın estetik olduğun bilmirdim. Estetikə qarşı da deyiləm hər xanım gözəl görsənə bilər”
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR