Canlı yayımda halı pisləşən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA

Canlı yayımda halı pisləşən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA
MAQAZİN
11:04 25.06.2025
375
 

Xalq artisti Mələkxanım Eyubovanın səhhətində problem yaranıb.

AZXEBER.COM xəbər verir ki, tanınmış xanəndə "Muğam müsabiqəsi”nin ötən gün yayımlanan buraxılışı zamanı səhhətindəki narahatlıq səbəbindən proqramı yarımçıq tərk edib. Verilişin əvvəlində münsif kürsüsündə əyləşən sənətkar daha sonra studiyanı tərk edib. Aparıcılar onun səhhətində problem yarandığını və məhz bu səbəbdən getdiyini bildiriblər.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Mələkxanım Eyubova bildirib ki, özünü əvvəldən yaxşı hiss etmirmiş:

"Əvvəldən özümü yaxşı hiss etmirdim. Verilişə qatılmamaq istədim, amma getməyə məcbur idim. Səhərdən mədəm narahat idi. Şiddətli ürəkbulanma ilə də olsa, iştirak etməli oldum. Lakin halım daha da ağırlaşdı və verilişi yarımçıq tərk etdim”.

Xalq artisti əlavə edib ki, Təcili Tibbi Yardım əməkdaşları operativ şəkildə müdaxilə ediblər:

"Çox sağ olsunlar, həkimlər dərhal yardım etdilər və üç saata yaxın mənimlə məşğul oldular. İndi Allaha çox şükür, səhhətim yaxşıdır. Hər şey qaydasındadır”.

Aysel Hacızadə




 

OXŞAR XƏBƏRLƏR