Məleykə Abbaszadə: "60 min insan bu imtahanları gözləyir"

Məleykə Abbaszadə: "60 min insan bu imtahanları gözləyir"
SOSİAL
14:19 17.07.2020
829
"Operativ Qərargahdan imtahan keçirmək üçün icazə almışıq. Hazırda bu imtahanları 60 min insan gözləyir". 

AZXEBER.COM-un məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

Onun sözlərinə görə, bu imtahanlar 24-25 iyulda və 2-3 iyulda təxirə salınan kontingentə və sərt karantin tətbiq olunan bölgələrə aiddir. 

M. Abbaszadə deyib ki, bir ay ərzində - iyunun 10-dan iyulun 10-na qədər 143 min insan buraxılış və qəbul imtahanlarında iştirak edib. 
OXŞAR XƏBƏRLƏR