Məleykə Abbaszadə “buzlu su” aksiyasına dəvət edildi - VİDEO

Məleykə Abbaszadə “buzlu su” aksiyasına dəvət edildi - VİDEO
Bütün Xəbərlər
12:28 05.09.2014
950
Dəvəti Orucov ünvanlayıb.
Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin müəllimi Ramil Orucov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni “buzlu su” aksiyasına dəvət edib.
AZXEBER.COM bizimyol.info-ya istinadən xəbər verir ki, dünyada ALS xəstəliyinə diqqət çəkmək üçün “Ice Bucket Challenge”, yəni, “Bir vedrə buzlu su” aksiyası başlayıb. Başına bir vedrə su tökən şəxs (bu, məşhur biri də ola bilər, sıradan biri də) 3 adamı bu hərəkəti təkrarlamağa çağırır.
Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidirlər. ALS xəstəliyi mərkəzi sinir sistemində motor hüceyrələrinin (neyronların) ömürlük itirilməsindən irəli gəlir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlüyə və əriməyə səbəb olur.
Oxu.Az Ramil Orucovun göndərdiyi videonu təqdim edir:
OXŞAR XƏBƏRLƏR