Məleykə Abbaszadədən imtahanlarda iştirak qiymətlərinin baha olması məsələsinə MÜNASİBƏT

Məleykə Abbaszadədən imtahanlarda iştirak qiymətlərinin baha olması məsələsinə MÜNASİBƏT
SOSİAL
14:52 18.12.2019
2752

Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak etmək pulsuzdur. Ona görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul imtahanları üçün ikinci şansı istifadə etmək istəyənlər var və bunun üçün də abituriyent ödəniş etməlidir: 

"İmtahanları və nəticələri araşdırmaq, onu həyata keçirmək üçün çoxlu sayda işçi qüvvəsi və texniki qurğuya ehtiyac olur. Bu baxımından imtahanların qiymətləri o qədər də yüksək deyil”.

M.Abbaszadə qeyd edib ki, imtahanın qiyməti onun keçirilməsinə sərf olunan vəsaitdən asılıdır: 

"Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qəneedivi olmadığını deyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?!”

OXŞAR XƏBƏRLƏR