Onlar Məleykə Abbaszadəyə müavin təyin edildilər

Onlar Məleykə Abbaszadəyə müavin təyin edildilər
SOSİAL
14:27 24.07.2024
128
Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri təyin edilib.
 
AZXEBER.COM DİM-in saytına istinadən xəbər verir ki, Namiq Babayev və Bəhram Xəlilov DİM İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.

Xatırladaq ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.

N.Babayev və B.Xəlilov isə DİM-in Direktorlar Şurası sədrinin müavini vəzifəsini icra ediblər.

Qeyd edək ki, Prezidentin ötəngünkü Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR