Məleykə Əsədova: "Anadangəlmə dərim belədir, niyə qısqanırsınız?" - VİDEO

Məleykə Əsədova: "Anadangəlmə dərim belədir, niyə qısqanırsınız?" - VİDEO
MAQAZİN
17:34 27.07.2015
5795

Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirməsi ilə bağlı yayılan şayiələrə cavab verib.

AZXEBER.COM-un axşam.az-a istinadən məlumatına görə, aktrisa “Onlar”a açıqlamasında özünü şarmlı xanım hesab etdiyini deyib:
“Göz ürəyin aynasıdır. Qəlbi təmiz saxlayanda gözəllik gözlərə vurur. Heç bir yerimdə plastik əməliyyat yoxdur. Bircə burnumda etdirmişəm, onu da heç vaxt gizlətmirəm. Plastik əməliyyata pis baxmıram. Adi insanlar etdirir. Mən səhnə adamıyam, lazım gəlsə, elətdirəcəm. Heç gizlətməyəcəm də. Anadangəlmə dərim belədir, niyə qısqanmaq lazımdır? Makiyaj qadına ruh verir. Amma gözlərin gözəlliyin dəyişmir. Xanım şarmlı olmalıdır. O da məndə var. İllərdir eyni kilodayam, boydayam”.
OXŞAR XƏBƏRLƏR