“Məleykə Əsədovanın həyatında olan kişi daimi deyil”

“Məleykə Əsədovanın həyatında olan kişi daimi deyil”
MAQAZİN
15:45 17.12.2014
5078
Fəaliyyətini Moskvada və Azərbaycanda davam etdirən ekstrasens Aqil Məhərrəmov bu dəfə də Azərbaycanın sayılıb, seçilən əməkdar və xalq artistləri barədə danışıb.

AZXEBER.COM-a daxil olan məlumata görə, ekstrasens beş aktrisanın gələcək həyatı haqda gözlənilməz proqnozlar verib.

Xalq artisti Firəngiz Mütəllimova:“Məlumatım var ki, Firəngiz xanımın səhhəti ilə bağlı bəzi problemləri var. Belə deyək ki, Firəngiz xanımın bu gündən sonra ölüm qorxusu yoxdur. Səhhəti yaxşılaşmağa doğru gedir. Firəngiz xanıma bu il cadu ediblər. Ancaq cadu öz təsirini çox güclü göstərib, indi isə sakitləşməyə doğru gedir. Hazırda gərgindir, maddi vəziyyəti o qədər də yaxşı deyil. Onu iki kişi, bir qadın qüvvə qoruyur. Səyahət gözlənilir. İstəməyəcək getsin, amma mən məsləhət görürəm ki, getsin. Gələn il karyerası çox uğurlu olacaq, çox işi olacaq. Sağlığı ilə bağlı da problemi olmayacaq”.

Xalq artisti Məleykə Əsədova:“Məleykə xanım çox ağıllı və çoxbilmiş insandır. Hər addımını atarkən yüz düşünüb, bir hərəkət edən qadındır. Məleykə xanım hədsiz sayda xarici ölkələrdə olub. Ola bilər məhz həmin xarici ölkələrdə başına gələnlər onu belə güclü qadına çevirib. Bu yaxınlarda yaxşı bir şey görmürəm. Ailəsi və ya evi ilə bağlı bərk narahatlıq görürəm. Məleykə xanım görücü yanında olub və təmizlənib. Bir müddət əvvəl baxanda isə Məleykə xanımda çoxlu cadu görmüşdüm və həmin cadular hətta qızı Gülərə də təsir edirdi. Məleykə xanımda cadu olmasa da, kimdənsə asılıdır. Düzdür yenə çıxıb, təkzib edəcəklər, amma gördüklərimi deyirəm. Gələn il Məleykə xanımın həyatında təmtəraqlı dəyişiklik olacaq. Məleykə xanımın indi həyatında olan, ona arxa duran şəxs daimi deyil, ancaq gələn il həyatında Məleykə xanımın qarşısına çox güclü şəxs çıxacaq. Qızı barədə çox balacadır deyə heç nə demək istəmirəm. Ancaq onu deyim ki, Gülər böyüyəndə eynisilə Məleykə xanım olacaq, hətta taleləri də çox bənzərdir. İstəməzdim bunu deyim, ancaq elə görürəm.

Əməkdar artist Dilarə Əliyeva:“Dilarə xanımın həyatında sakitlik, durğunluq görürəm. Dilarə xanım bu yaxınlarda başa düşüb ki, vaxtilə əldə etdiyi uğurları indi əldə edə bilmir. İşlərində qarışıqlıq görürəm. Gələn il xarici ölkədə Azərbaycanı təmsil edəcək. Planları hazırda arxa plana keçib. Orqanizmdə problemləri çoxdu. Yeni layihəsi digər layihə ilə əvəzlənəcək. İndiki layihəsi elə uğurlu deyil. Tezliklə yeni layihəsi ilə tamaşaçıları sevindirəcək və həmin layihə də daha uğurlu olacaq. Şəxsi həyatında dəyişiklik görmürəm, indi bir az düzəlib. Oqtay bəylə iç dünyaları demək olar eynidir. Dilarə xanıma xalq artisti adı gələn il qətiyyən verilməyəcək”.

Əməkdar artist Vəfa Zeynalova:“Vəfa Zeynalovaya bir məsləhət verərdim ki, mütləq və mütləq baş həkiminə müraciət etsin. Vəfa xanımda onu tərk etməyən baş ağrılar görürəm. Beyin, baş yorğundur, əsəbidir. Vəfa xanımda çox güclü cadu var. Cadunu edən yoldaşı tərəfdəndir, bir qadındır. Ailələrinin dağılmasını istəyir. Vəfa xanım çox qabağa gedə bilmir. Əsəb sistemi də çox gərgindir. Vəfa xanım şəxsi həyatından narazıdır. Həyat yoldaşı ilə arası soyuqdu, o qədər də göründüyü kimi deyil. Aralarında inciklik görürəm. Vəfa xanım qapalı insandır. Sənəd işlərində problem ola bilər. Vəfa xanıma xalq artisti adını hələ görmürəm, amma xarici ölkədən ona uğurlu təklif gələcək”.

Əməkdar artist Hüsniyyə Mürvətova:“Hazırda asılı vəziyyətdədir. Sevinc dolu həyat gözləyir onu. Bir insan ona həyatda istədiyi hər şeyi verəcək, amma Hüsniyyə xanım həmin şəxsdən asılı olacaq. Bəli, həmin şəxsi əks cins kimi görürəm. Çox imkanlı şəxs görürəm, ola bilər dövlət işində işləyən biri olsun. Amma yaşda Hüsniyyə xanımdan böyük olacaq. Uğur çarxı Hüsniyyə xanım tərəfə çox ciddi dönüş edir. Ola bilər gələn il ailə qurmasın, amma həyatında biri olacaq. Daha sonra səyahətə gedəcək. Hüsniyyə xanım üçün gələn il sevgi dolu bir il olacaq, ancaq ikinci övlad görmürəm. Bir dəfə ailəli olub, bir oğlu var, cadusu yoxdu, təmizlənib. Avtomobilini dəyişəcək və ona yaxşı pullar gələcək. Amma əsəblərindən muğayat olsun. İki nəfər (biri qadın, biri kişi-red) Hüsniyyə xanıma zərbə vurmaq istəyəcək. Həmin kəslər Hüsniyyə xanımla bir yerdə çalışırlar. Gələn il Hüsniyyə xanımı şəxsi evində görürəm, amma indi şəxsi evində yaşamır. Hüsniyyə xanıma gələn il xalq artisti adı verilməyəcək. Amma kariyerasında çox uğurlar qazanacaq. Gələn il atdığı hər addım uğur dolu olacaq. Xalq artisti adını da alacaq, amma gələn il yox. Çox az qalıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
22:43 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
22:33 19.10.2026
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
22:27 19.10.2026
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib