"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı

"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
SOSİAL
19:26 02.12.2025
314
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Məlhəm Beynəlxalq Hospital"da plandankənar (növbədənkənar) yoxlama aparıb.

AZXEBER.COM "Qaynarinfo"ya istinadla xəbər verir ki, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət - ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.

Aparılan yoxlamanın nəticəsinə əsasən, "Məlhəm Beynəlxalq Hospital" MMC-nin direktoru və qanuni təmsilçisi Fuad Qədim oğlu Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 800-1 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manat məbləğində cərimə edilirlər.
OXŞAR XƏBƏRLƏR