Meloni İlham Əliyevə təşəkkür etdi

Meloni İlham Əliyevə təşəkkür etdi
SİYASƏT
20:06 04.09.2026
53
İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikə görə təşəkkür edib.

AZXEBER.COM xəbər verir ki, o bu barədə "X”də paylaşım edib.

"Əziz Prezident İlham Əliyev, bu sözləriniz və xalqlarımızı bir-birinə bağlayan səmimi dostluğa görə təşəkkür edirəm. İtaliya və Azərbaycan illər ərzində ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işdən çox qürur duyuram və əminəm ki, xalqlarımızın maraqları naminə qarşıda əməkdaşlıq üçün yeni mühüm imkanlar açılacaq”, - deyə Meloni qeyd edib.
OXŞAR XƏBƏRLƏR